Gürcüstanda psixotrop dərmanların satışı sərtləşdirilir

Mar 27, 2026 - 16:06
 0  14
Gürcüstanda psixotrop dərmanların satışı sərtləşdirilir

Gürcüstanın Səhiyyə Nazirliyi psixotrop preparatların dövriyyəsinə nəzarəti gücləndirmək məqsədilə elektron reseptlərin verilməsi qaydalarına mühüm dəyişikliklər edib.

 Xeber.ge xəbər verir ki, yeni tənzimləmələr bu ilin 1 aprel tarixindən etibarən tətbiq olunacaq.

İslahatın əsas məqsədi psixotrop maddələrin qeyri-təyinatı üzrə istifadəsinin və sui-istifadə halların qarşısını almaqdır. Yeni qaydalara əsasən, bir reseptlə verilə biləcək dərman preparatlarının maksimum miqdarı belə müəyyən edilib:

  • Maksimum 14 günlük ehtiyat;
  • Maksimum 30 günlük ehtiyat.

Yeni reseptin yazılmasına yalnız o halda icazə veriləcək ki, pasiyentin əlində olan dərman qalığı 5 gündən çox olmasın.

Yeni tənzimləməyə əsasən, təyin edilən gündəlik doza preparatın təlimatında göstərilən maksimum həddi aşa bilməz. Hər bir təyinat həkim tərəfindən pasiyentin tibbi tarixində əsaslandırılmalıdır. Doza dəyişdirilərkən həkim pasiyentdə qalan dərman miqdarını mütləq nəzərə almalıdır. Qaydalar həmçinin dərmanların itirilməsi, zədələnməsi və ya məhv edilməsi hallarını da tənzimləyir.

Səhiyyə Nazirliyi bildirir ki, bu dəyişikliklərə səbəb bəzi həkimlər tərəfindən dərmanların lazımi diaqnostika və əsaslandırma olmadan, hətta icazəsi olmayan şəxslər tərəfindən yazılması faktlarının aşkar edilməsidir. Artıq Peşəkar İnkişaf Şurası bu növ pozuntulara yol verən 10 həkimi məsuliyyətə cəlb edib.

Nazirlik bəyan edib ki, psixotrop dərmanların təyini və satışı prosesinə nəzarət bundan sonra daha da gücləndiriləcək.