ABŞ işçi vizaları ilə bağlı qaydaları sərtləşdirir

Mar 27, 2026 - 16:01
 0  10
ABŞ işçi vizaları ilə bağlı qaydaları sərtləşdirir

Amerika Birləşmiş Ştatları viza prosedurlarında mühüm dəyişikliklərə imza atıb.

Xeber.ge xəbər verir ki, ABŞ Dövlət Departamenti işçi vizaları üçün müraciət edənlərin monitorinqi ilə bağlı yeni tənzimləmələri rəsmi internet səhifəsində dərc edib.

Yeni qaydalara əsasən, viza üçün müraciət edən şəxslərin sosial şəbəkələrdəki fəallığının yoxlanılması artıq məcburi xarakter daşıyacaq. Konsul viza barədə qərar verməzdən əvvəl ərizəçinin rəqəmsal izlərini və paylaşımlarını təhlil edəcək.

Qeyd edək ki, bu təcrübə indiyədək əsasən təhsil vizası (F, M, J kateqoriyaları) alanlara şamil edilirdisə, artıq işçi və diplomatik vizalar üçün müraciət edənlər də eyni prosedurlardan keçməli olacaqlar.

Ekspertlərin fikrincə, ərizəçinin sosial media profilinin dərindən araşdırılması viza prosesinin vaxtını uzadacaq. Konsulun yekun qərar verməsi üçün bir neçə iş günü və ya daha çox vaxt tələb olunacağı ehtimal edilir. Bu da işəgötürənlər və diplomatik nümayəndəliklər üçün planlaşdırma prosesində nəzərə alınmalı olan mühüm amildir.