Gürcüstanda bağça tikintisində 5 milyonluq fırıldaq aşkar edildi
Gürcüstan Baş Prokurorluğu uşaq bağçalarının tikintisi üçün ayrılmış külli miqdarda vəsaitin mənimsənilməsi faktı üzrə irimiqyaslı əməliyyat keçirib.
Xeber.ge xəbər verir ki,
Prokurorluğun Korrupsiya ilə Mübarizə Departamentinin apardığı istintaqla müəyyən edilib ki, 2023-2025-ci illərdə "Bələdiyyə İnkişaf Fondu" ilə "Mşencgroup" tikinti şirkəti arasında Xelvaçauri, Keda, Ninotsminda, Tsalencixa, Xobi, Laqodexi və Kaspi rayonlarında 16 bağçanın tikintisi və bərpası üzrə 9 tender müqaviləsi bağlanıb.
Şirkətin hesabına köçürülən 18 648 018 lari vəsaitin 4 762 587 mütəşəkkil qrup tərəfindən mənimsənilib.
Məlum olub ki, qrup üzvləri mənimsənilən vəsaitləri şəxsi və yaxınlarının hesablarına köçürərək leqallaşdırıblar.
Bu vəsaitlərlə 4 milyon laridən artıq dəyəri olan onlarla daşınmaz əmlak və müxtəlif şirkətlər satın alınıb. İzləri itirmək üçün həmin əmlakların bir hissəsi müxtəlif fiziki və hüquqi şəxslərin adına rəsmiləşdirilib. Hazırda həmin əmlakların üzərinə həbs qoyulub.
İstintaq həmçinin "Bələdiyyə İnkişaf Fondu"nun bəzi rəhbər şəxslərinin vəzifə səhlənkarılığına yol verdiyini aşkar edib. Şirkət öhdəliklərini yerinə yetirmədiyi halda, fond rəhbərliyi 15 dəfə əsassız olaraq avans ödənişinə icazə verib.
16 bağçadan 4-nün tikintisinə ümumiyyətlə başlanılmayıb;
Digər obyektlərdə işlər yarımçıq qalıb;
Bu günə qədər bir dənə də olsun bağça istifadəyə verilməyib.
- Mənimsəmə, çirkli pulların yuyulması və saxta sənəd hazırlama – 12 ilədək həbs.
- Xidməti səhlənkarlıq – 5 ilədək həbs.
- Saxta sənəd tərtib etmə (görülməmiş işləri təsdiqləmə) – 6 ilədək həbs.
Prokurorluq korrupsiya ilə mübarizəni qətiyyətlə davam etdirəcəyini və digər mümkün əlaqəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaqın sürdüyünü bəyan edib.