8 500 qutu aksiz markası olmayan siqaret müsadirə edilib

Aug 5, 2025 - 15:41
 0  39
8 500 qutu aksiz markası olmayan siqaret müsadirə edilib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, külli miqdarda aksizsiz siqaretin saxlanılması, daşınması və satışı faktı üzrə 3 nəfər saxlanılıb.

“Cinayətin aşkarlanması məqsədilə İstintaq Xidməti Tbilisidə, Ozurqetidə və Sameqrelo bölgəsində operativ-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirdi. Nəticədə satış üçün nəzərdə tutulmuş müxtəlif adlarla 8 500 qutu aksizsiz siqaret müsadirə edilib. Onların ümumi bazar dəyəri 39 000 lariyə yaxındır,” – deyə İstintaq Xidmətinin açıqlamasında bildirilir.

İstintaq Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə aparılır. Bu maddə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: marneulifm