"Zərər çox böyükdür, 20-30 mağaza yanmış olar"

Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatına görə, “Lilo Mall” ərazisində baş vermiş yanğın tamamilə söndürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın nəticəsində təxminən 30-a yaxın mağaza yanıb. Satıcıların bildirdiyinə əsasən, yanğın səhər saat 08:30 radələrində başlayıb.
“Zərər çox böyükdür. Şalvar-kostyumlar, Çindən və Türkiyədən gətirilmiş mallar... Təxminən 20-30 mağaza yanıb. Biri içəriyə giribmiş, amma çox mağaza yanıb, bahalı geyimlər. Bütün bunlar gözümün qabağında baş verdi. Dünən bütün gün işıq yox idi. Bu gün işıq veriləndə, kimsə "plitə"ni qoşulu vəziyyətdə unudubmuş və səhər işıq gələn kimi, birdən alovlandı,” – deyə şahid “TV Pirveli” ilə söhbətində bildirib.
mənbə: marneulifm