Xuloda faciə: Dərədə gənc kişinin cəsədi tapıldı
Gürcüstanın Acarıstan regionunun Xulo bələdiyyəsində bədbəxt hadisə baş verib.
Xeber.ge xeber verir ki, ərazidəki dərələrin birində gənc kişinin cəsədi aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən rəsmi məlumata görə, faktla bağlı dərhal araşdırma başlanılıb. İstintaq hadisənin hansı şəraitdə baş verdiyini və ölümün dəqiq səbəblərini müəyyənləşdirir.
Məlumata görə, cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə / həyata son qoyma) ilə açılıb. Yerli mətbuat orqanları hadisənin digər təfərrüatlarını dəqiqləşdirməyə çalışır.