Tbilisidə 830 min larilik mənzil fırıldağı

Jun 10, 2026 - 23:17
 0  12
Tbilisidə 830 min larilik mənzil fırıldağı

Tbilisidə külli miqdarda dələduzluq və mənimsəmə faktı ilə bağlı bir nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Dələduzluğa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz yolla böyük məbləğdə vəsaiti mənimsəyən şəxs ifşa edilib.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkmişə maliyyə aktivlərinin artırılmasında köməklik göstərəcəyinə dair vəd verib. Daha sonra o, zərərçəkmiş şəxsin pulları hesabına Tbilisidə 5 mənzil satın alıb. Evlərin bir qismini saxta yolla öz adına rəsmiləşdirən fırıldaqçı, sonradan həmin mənzilləri üçüncü şəxslərə satıb. O, daşınmaz əmlakın satışından əldə olunan 836 880 lari vəsaiti qanunsuz olaraq mənimsəyib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər nəticəsində cinayəti törədən şəxs məhkəmənin qərarı əsasında şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda dələduzluq) və 182-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda mənimsəmə) ilə istintaq aparılır.

Cinayəti sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsi 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir