2026-cı ildən sosial cəhətdən həssas şəxslərin məşğulluq proqramı dayandırılır

Jan 3, 2026 - 18:18
 0  40
2026-cı ildən sosial cəhətdən həssas şəxslərin məşğulluq proqramı dayandırılır

2026-cı ildən etibarən sosial cəhətdən həssas şəxslərin məşğulluq proqramı dayandırılır. Bu proqram çərçivəsində sosial yardım alanlar dövlətdən aylıq 300 lari alırdılar. Rəsmi statistikaya görə, hökumət 2022–2024-cü illərdə təxminən 40 min sosial cəhətdən həssas şəxsi işlə təmin etmişdi.

Xeber.ge xeber  verir ki, hökumət bildirir ki, ölkədə işçi qüvvəsi çatışmazlığı var və indiyədək dövlət tərəfindən işlə təmin olunan sosial cəhətdən həssas şəxslər indi açıq əmək bazarına yönləndiriləcək. Lakin hələ də açıq qalan sual budur ki, bu şəxslər 300-larilik işlə yanaşı sosial cəhətdən həssas statusunu da itirəcəklərmi.