Ağır cinayət törədən şəxs 19 il azadlıqdan məhrum edilib

Zugdidi Rayon Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tamamilə qəbul edərək, qətl və qrup halında zorakılıqda iştirak etməkdə təqsirli bilinən şəxsi məhkum edib.
Bu barədə prokurorluq məlumat yayıb.
Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumata görə, məhkəmə istintaqı zamanı təsdiq edilib ki, 2024-cü il mayın 19-da Senaki şəhərində yerləşən mənzillərdən birində, keçmiş münaqişə zəminində təqsirləndirilən şəxs bıçaqla silahlanaraq zərərçəkmişə ağır bədən xəsarətləri yetirib və nəticədə o, həyatını itirib.
“Məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs hadisə yerində olan digər şəxslərə də zor tətbiq edib və onların öldürülməsinə cəhd göstərib.”
Hüquq-mühafizə orqanları cinayətkarı hadisənin baş verdiyi gün saxlayıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb:
19, 109-cu maddə (“iki və ya daha çox şəxsin qəsdən öldürülməsinə cəhd”)
225-ci maddənin ikinci bəndi (“qrup halında zorakılıqda iştirak”)
238 prim maddəsinin ikinci bəndi (“ağır cinayətlərə görə məhkum olunmuş şəxsin soyuq silah gəzdirməsi”)
İstintaq müddətində məhkəmə ona həbs qətimkan tədbiri seçib. Zugdidi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs bütün irəli sürülən ittihamlar üzrə təqsirli bilinib və ona 19 il həbs cəzası verilib.
Gürcüstanın hüquq-mühafizə orqanları ağır cinayətlərin qarşısını almaq üçün istintaq tədbirlərini davam etdirir."-məlumatda bildirilib.
mənbə: Interpress