Marneuli qətlinin dəhşətli təfərrüatları
Marneulidə 20 yaşlı Umut Bayramovun vəhşicəsinə qətlə yetirilməsinin şok təfərrüatları məlum olub. "Tv Pirveli" telekanalının araşdırmasına görə, hadisəyə səbəb bir həftə əvvəl baş vermiş toy məclisindəki mübahisə olub.
Xeber.ge xeber verir ki,
Yerli sakinlərin bildirdiyinə görə, 22 yaşlı şübhəli şəxs elə toy günü U. Bayramovu hədələyərək "bunu sənə bağışlamayacağam" deyib. Dünən isə o, gənci "söhbət etmək" adı ilə evinin yaxınlığına çağırıb. Şahidlərin sözlərinə görə, 20 yaşlı gənc qaçmağa çalışsa da, cinayətkar ona hasarın yanında çatıb və soyuq silahla boğazını kəsib.
"Səslərə bayıra çıxdım, artıq çoxlu adam toplanmışdı. Dedilər ki, bir oğlan qaçırmış, o biri isə onu qovurmuş. Yazıq hasardan tullanmaq istəyib, amma çatdıra bilməyib. Qatil ona çatıb və boğazını kəsib. Yaralı yarım saat kömək istəyib, amma qatil silahlı olduğu üçün kimsə yaxınlaşmağa cəsarət etməyib. Mən təcili yardıma zəng edəndə artıq gec idi, o, qanitirmədən yerindəcə keçinmişdi", - deyə yerli sakin bildirib.
Məlumata görə, qətlə yetirilən gəncin həyat yoldaşı 5 aylıq hamilədir. Dəhşətli xəbəri eşidən Umut Bayramovun anası və hazırda həbsxanada olan atası intihara cəhd ediblər.
Atasının sabah dəfn mərasimində iştirak etmək üçün həbsxanadan gətiriləcəyi bildirilir.
Hadisədən sonra şəhərin baş xəstəxanasında vəziyyət gərginləşdiyi üçün əraziyə polis qüvvələri cəlb olunub.
Saxlanılan 22 yaşlı şübhəli şəxsə qarşı yaxın saatlarda rəsmi ittiham irəli sürüləcək. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə istintaq davam edir.