İran tərəfindən vurulan ABŞ qırıcısının pilotu əsir götürülüb

Apr 3, 2026 - 21:59
Apr 3, 2026 - 22:01
 0  23
İran tərəfindən vurulan ABŞ qırıcısının pilotu əsir götürülüb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ-yə məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib.

Xeber.ge xeber  verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatında qeyd edilib.

"ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu "Black Hawk" və "Hercules-130" helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib", - məlumatda bildirilib.

Daha əvvəl SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki ABŞ qırıcısını vurub.

mənbə: report