Seyid Nəsrullah və Seyid Səfiəddinin dəfn mərasimi – VİDEO
Xeber.ge xəbər verir ki, Livan paytaxtında Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin dəfn mərasimi üçün bütün logistika və texniki hazırlıqlar yekunlaşıb.
Bu hazırlıqlar, xüsusilə qərbdən və Cənah bölgəsindən olan ətraf ərazilər, o cümlədən stadionun və onun ətrafının tam təchiz edilməsi ilə həyata keçirilib.
Həmçinin, dəfn marşrutu boyunca, köhnə hava limanına qədər, iştirakçıların mərasimi izləyə bilmələri üçün böyük ekranlar quraşdırılıb.
Dəfn mərasimində 65 ölkədən rəsmilər, regional və beynəlxalq şəxslər gəliblər.
Günorta keçiriləcək dəfn mərasiminə Livan vətəndaşları bu səhər erkən saatlardan etibarən böyük bir həyəcanla Kamil Şamun Stadionuna gediblər.