Dekret ödənişləri borca görə tutulmayacaq

Jun 6, 2026 - 15:49
 0  11
Dekret ödənişləri borca görə tutulmayacaq

Gürcüstanda dekret ödənişlərinin həbs qoyulmasından və müsadirədən qorunması təklif edilir

  Gürcüstan parlamenti gələn həftə "İcra icraatı haqqında" qanuna dəyişiklikləri nəzərdən keçirəcək. Bu dəyişikliklərə əsasən, dekret ödənişləri məcburi müsadirə və həbs qoyulmasından azad ediləcək.

Gürcüstanda hamiləlik, doğuş və uşağa qulluq məzuniyyətinə görə büdcədən verilən pul yardımı maksimum 2 000 lari təşkil edir.

Qanunvericilər bu vəsaitlərin, Milli İcra Bürosunun əməkdaşları tərəfindən borcun tutulması, kompensasiya və ya cərimələrin ödənilməsi barədə məhkəmə qərarları əsasında üzərinə həbs qoyula biləcək əmlak siyahısından çıxarılmasını təklif edirlər.

Deputatlar bu düzəlişlərin qəbul edilməsinin səbəbi kimi ailə büdcəsi üçün dekret ödənişlərinin mühüm əhəmiyyətini, ailələrə dəstək və ölkədəki demoqrafik vəziyyətə qayğını göstərirlər.

Gürcüstanda əmlakın müsadirəsi və üzərinə həbs qoyulması məhkəmə qərarı ilə, tərəflərdən birinin tələbi əsasında – ən çox kredit təşkilatı, bank və ya fiziki şəxs qarşısındakı borcların ödənilməsi çərçivəsində həyata keçirilir.

Bundan əlavə, əmlak ödənilməmiş cərimələr və ya zərərçəkənlərə kompensasiya hesabına da müsadirə oluna bilər.

Qanun layihəsi parlamentdə üç oxunuşda qəbul edildikdən və Gürcüstan prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.