Özünü turizm şirkətinin nümayəndəsi kimi təqdim edərək 40 min lari mənimsəyən şəxsə ittiham elan olunub

Oct 6, 2026 - 20:40
Oct 6, 2026 - 20:50
 0  14
Özünü turizm şirkətinin nümayəndəsi kimi təqdim edərək 40 min lari mənimsəyən şəxsə ittiham elan olunub

Prokuroriyanın məlumatına görө, külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən bir nəfərə rəsmi ittiham elan olunub.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkənlərə özünü turizm şirkətinin nümayəndəsi kimi təqdim edib. O, aviabiletlərin alınması və otellərin bron edilməsi bəhanəsi ilə həmin şəxslərin pulunu öz hesabına köçürdür və vəsaiti tamamilə mənimsəyib.

Təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində zərərçəkənlərə külli miqdarda – 40 000 lari məbləğində maddi ziyan dəyib.

Faktla bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxsi 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.