Xolesterini azaltmaq istəyənlərin DİQQƏTİNƏ! Bu tərəvəzlər…

Nov 25, 2024 - 12:56
 0  16
Xolesterini azaltmaq istəyənlərin DİQQƏTİNƏ! Bu tərəvəzlər…

Qanda xolesterin səviyyəsinə nəzarət etmək üçün düzgün qidalanma çox önəmlidir. Hətta dondurulmuş halda belə, bu tərəvəzlər sağlamlığınıza faydalı ola bilər. Dondurulmuş tərəvəzlər tərkib baxımından təzə tərəvəzlər qədər qidalıdır. Üstəlik, daha ucuzdur və uzun müddət saxlanıla bilir.

  Xeber.ge xəbər verir ki, həmin tərəvəzləri təqdim edir:

-Edamame (yaşıl soya paxlası): Bu tərəvəz liflə zəngindir və xolesterinin azalmasına kömək edir. Bir stəkan dondurulmuş edamame 8 q lif və 18 q bitki mənşəli zülal ehtiva edir.

-Yaşıl noxud: Bir stəkan noxudda 7 q lif var. Diyetoloq Patrisiya Kolessanın sözlərinə görə, bitki mənşəli zülalların çox qəbul edilməsi də xolesterin səviyyəsini idarə etmək üçün faydalıdır. Noxudu bəzi heyvan mənşəli zülallarla əvəz edə bilərsiniz.

-İspanaq: Vitaminlər, minerallar, lif və ürək üçün faydalı antioksidantlarla zəngindir. İspanaqda iltihabı azaldan lutein maddəsi də bol miqdarda var.

-Gül kələmi: Ürək üçün faydalı lif ehtiva edir və tərkibində doymuş yağ yoxdur. Bir stəkan gül kələmi gündəlik lif normasının 10%-ni təşkil edən 3 q lif ehtiva edir.

-Brokoli: Araşdırmalar göstərir ki, onun tərkibindəki sulforafan maddəsi oksidləşmə stresini və iltihabı azaldır. Bunlar ürək sağlamlığı üçün əsas faktorlardır.

-Brüssel kələmi: Bir stəkan Brüssel kələmi 2 q həll olunan lif ehtiva edir ki, bu da xolesterin səviyyəsini azaltmaq üçün xüsusilə faydalıdır.

-Göbələk: Onların tərkibində beta-qlükanlar var. Bu həll olunan lif növü xolesterini azaldır.

Bu tərəvəzləri rasionunuza daxil etməklə, xolesterin səviyyəsini təbii şəkildə idarə edə bilərsiniz.

mənbə: baku.ws