Sağlamlıq üçün ən faydalı qəhvə hansıdır?
Qəhvələrin heç də hamısı sağlamlığa müsbət təsir göstərmir.
Xeber.ge xəbər verir ki, bu barədə kardioloq Aurelio Roxas xəbərdarlıq edib.
Həkim Aurelio Roxas qəhvənin ən faydalı xüsusiyyətlərindən biri kimi orqanizmdə xroniki iltihab səviyyəsini azaltmaq qabiliyyətini qeyd edib. Məlumdur ki, xroniki iltihab bir çox ağır xəstəliklərin yaranma riskini artırır. Kardioloqun sözlərinə görə, bu müsbət təsir içkinin tərkibindəki yüksək miqdarda antioksidantlar sayəsində mümkün olur.
Mütəxəssis vurğulayıb ki, qəhvədən maksimum fayda almaq üçün onu əlavələrsiz içmək daha məqsədəuyğundur: "Ən yaxşısı qəhvəni qatqısız içməkdir, çünki bu yolla onun antioksidant xüsusiyyətlərindən tam yararlana bilirsiniz".
Beləliklə, sağlamlıq üçün içkinin ən faydalı variantı şəkərsiz qara qəhvədir. Bununla belə, həkim içkiyə vaxtaşırı süd əlavə edilməsinin də ciddi bir problem yaratmadığını bildirib.
mənbə: oxu.az