Qəzzada şəhidlərin sayı 44 min 176-ya yüksəlib
 
                                İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında şəhidlərin sayı 44 min 176-ya yüksəlib.
Xeber.ge xəbər verir ki, 
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada işğalçı qüvvələrin son 48 saatda həyata keçirdiyi 7 hücumda 120 fələstinlinin şəhid olduğu, 205 nəfərin isə yaralandığı bildirilib.
Bildirilib ki, İsrail rejiminin hücuma başladığı 7 oktyabr 2023-cü ildən bu yana şəhid olanların sayı 44 min 176-ya, yaralıların sayı isə 104 min 473-ə yüksəlib.
mənbə: iqna
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            