Amerika ordusunda 15 min transseksual varmış - Tramp hamısını qovacaq

Nov 25, 2024 - 12:33
Nov 25, 2024 - 13:28
 0  27
Amerika ordusunda 15 min transseksual varmış - Tramp hamısını qovacaq

Rəsmi olaraq prezident vəzifəsinə başlayandan dərhal sonra Donald Tramp Amerika ordusundan bütün transseksual hərbçilərin işdən çıxarılması üçün fərman imzalamaq niyyətindədir.

Xeber.ge xəbər verir ki, bu barədə Britaniyanın gündəlik “The Times” qəzeti Trampa yaxın mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, hazırda ABŞ silahlı qüvvələrində 15 minə yaxın transseksual müxtəlif vəzifələrdə, o cümlədən yüksək vəzifələrdə xidmət edir. Nəşrin mənbəsi gileylənib ki, belə kütləvi ixtisarlardan sonra Amerika ordusunda kadr boşluğunu aradan qaldırmaq asan olmayacaq.

mənbə: publika.az