Ukrayna vətəndaşlarına tibbi xidmətlərin müddəti uzadıldı
Hökumətin qərarına əsasən, Ukrayna ərazisində hərbi əməliyyatlar səbəbindən Gürcüstana daxil olmuş və ölkədə fasiləsiz qalan Ukrayna vətəndaşları 2026-cı il 1 aprelədək tibbi xidmətlərdən yararlana biləcəklər.
Xeber.ge xeber verir ki,
“Gürcüstanda fasiləsiz qalma halına şəxsin Gürcüstanın dövlət sərhədini keçərək ən çoxu üç gün müddətinə ölkədən çıxıb yenidən geri qayıtması halları da daxil ediləcək.
Müvafiq tibbi xidmətlərin göstərilməsini Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi təmin edəcək.
Ukrayna vətəndaşları üçün müvafiq ilin dövlət səhiyyə proqramları çərçivəsində aşağıdakı səhiyyə xidmətləri nəzərdə tutulur: immunizasiya, …”