Axalayaya qarşı ittiham irəli sürüldü
Ötən gün saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayaya qarşı ittiham irəli sürülüb.
Bu barədə Gürcüstanın Baş Prokurorluğunun məlumatında deyilir.
Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tiflisdə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.
Törədilmiş cinayət əməllərinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.
Baş Prokurorluq sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
mənbə: axar