Gürcüstanda hava pisləşir

Oct 26, 2025 - 10:30
 0  28
Gürcüstanda hava pisləşir

Ətraf Mühit Milli Agentliyi əhalini havanın pisləşməsi barədə xəbərdar edir.

Xeber.ge xeber  verir ki, meteoroloqların proqnozuna görə, 26 oktyabr tarixinədək ölkənin bütün ərazisində yağmurlu hava davam edəcək. Qərbi Gürcüstanda güclü yağıntılar, bəzi yerlərdə ildırım və küləyin güclənməsi gözlənilir. Qara dənizdə 2-3 bala qədər dalğalanma qeydə alınacaq.

Agentliyin izahına görə, güclü yağışlar Qərbi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq regionlarda isə kütləvi sürüşmə və sel proseslərinin aktivləşməsinə səbəb ola bilər, lakin təhlükə səviyyəsi bu mərhələdə aşağıdır.