Tkibulidə mədəndə bədbəxt hadisə: Bir mədənçi həlak olub

Feb 9, 2026 - 14:43
 0  18
Tkibulidə mədəndə bədbəxt hadisə: Bir mədənçi həlak olub

Gürcüstanın Tkibuli şəhərində yerləşən kömür mədənində ölüm faktı qeydə alınıb. Daxili İşlər Nazirliyi mədənçinin həyatını itirməsi barədə məlumatı təsdiqləyib.

Xeber.ge xəbər verir ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi (dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması) ilə istintaq başladılıb.

Qanunvericiliyə əsasən, bu cinayət əməli 6 aydan 2 ilədək müddətə ev dustaqlığı və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Həmçinin, təqsirkar şəxsin 3 il müddətinə müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi də tətbiq oluna bilər.

Hazırda hadisənin başvermə səbəbləri və təhlükəsizlik normalarına nə dərəcədə əməl olunduğu araşdırılır.