Marneuli-Sadaxlı magistralında ağır yol qəzası baş verib - Yaralar var
Bu gün Marneuli-Sadaxlı magistralında üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində Ford yük maşını, Opel minik avtomobili və Mercedes-Benz markalı avtomobil toqquşub.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım və polis əməkdaşları da cəlb olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
mənbə: interpress