Fransada Zurabişvili prezident sarayını tərk edərkən qəribə detala diqqət yetirdilər

Dec 29, 2024 - 23:01
 0  218
Fransada Zurabişvili prezident sarayını tərk edərkən qəribə detala diqqət yetirdilər

"Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin prezident sarayını tərk edərkən tərəfdarlarının dalğalandırdığı ABŞ bayrağı ölkədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) uğursuzluğunu göstərir".

Bu barədə Fransanın Patriotlar partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Siyasətçinin sözlərinə görə, ölkədə seçkinin nəticələrinin tanınmaması ilə bağlı səs-küylü bəyanatlara baxmayaraq, Zurabişvili yeni prezident seçildikdən sonra iqamətgahı tərk etməli olub.

"Onun az saylı tərəfdarlarının dalğalandırdığı ABŞ bayrağına baxın. Bu, MKİ-nin uğursuzluğudur. AB və NATO agenti sarayda qala bilmədi ", - Filippo yazıb.

mənbə: oxu