Gürcüstanda muzeyin mühafizəçisi iş başında özünü güllələyib

Feb 9, 2026 - 19:12
 0  28
Gürcüstanda muzeyin mühafizəçisi iş başında özünü güllələyib

Samtsxe-Cavaxeti Dövlət Muzeyinin mühafizə əməkdaşı baş nahiyəsindən aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib.

Xeber.ge xeber  verir ki, bu barədə yerli "Samxretis Karibçe" nəşri xəbər yayıb.

Hadisə ilə əlaqədar Axaltsixe qalasının (Rabati qalası) ərazisi ziyarətçilər üçün tamamilə bağlanıb. Qalanın mətbuat xidmətindən bildirilib ki, hazırda ərazidə istintaq qrupu işləyir və əməliyyat tədbirləri başa çatana qədər turistlərin girişi qadağandır.

Məlumata görə, mühafizəçinin meyiti səhər saat 09:00 radələrində aşkar edilib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən ilkin məlumata əsasən, Mühafizə Polisi Departamentinin əməkdaşı T.O. xidməti vəzifəsini yerinə yetirərkən xidməti silahından atəş açaraq özünə xəsarət yetirib. O, aldığı yaradan hadisə yerindəcə keçinib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.