Gürcüstanda keçmiş "qanuni oğru" Kakha Pipia saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanları 21 yaşlı Şmagi Çkaduaya qarşı törədilmiş qrup halında hücum faktı ilə bağlı keçmiş "qanuni oğru" Kakha Pipia və onun əlbiri Qiorqi Kortuanı saxlayıb.
Xeber.ge xeber verir ki,
Qeyd edək ki, zərərçəkmiş Şmagi Çkaduanın anası "Pirvelebi" telekanalına verdiyi müsahibədə hadisənin təfərrüatlarını açıqlayıb. O bildirib ki, oğlu özünümüdafiə zamanı Kakha Pipia və Qiorqi Kortuaya xəsarət yetirib. Valideynin sözlərinə görə, əlbəyaxa dava zamanı 21 yaşlı gənc Pipianın silahını əlindən almağa çalışıb və bu vaxt baş verən atəş nəticəsində Kortua yaralanıb. Keçmiş "qanuni oğru"nun özünün də yaralandığı bildirilir.