Tibb sahəsində müsəlmanların elmi icad və nailiyyətləri
“Tibb sahəsində müsəlmanların elmi icad və nailiyyətləri” adlı məqaləsini təqdim edir:
Tibb sahəsində müsəlman alimləri, Orta Çağda mühüm elmi nailiyyətlər əldə edərək, bu sahədə dünya tarixində dərin iz buraxmışdır. Onlar yalnız dövrün texnologiyasını və biliklərini irəlilətmədilər, eyni zamanda müasir tibb elminin inkişafına da böyük təsir göstərdilər. Müsəlman alimlərinin tibbi nailiyyətləri, yalnız sadə müalicə üsullarından ibarət olmayıb, eyni zamanda anatomiyadan, fiziologiyaya, cərrahiyyəyə, farmakologiyaya və psixologiyaya qədər geniş bir sahəni əhatə edib.
Həkimlərin sultanı kimi İbn Sinanın (980-1037) tibb aləminə bir çox yeniliklər gətirən “Əl-Qanun” adlı əsəri nəinki yalnız islam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. “Tibbin incili”adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna ən böyük sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə Avropalılara nümunə olmuşdur.
Bəzi tədqiqatçıların fikrincə İbn Sina kimi qüdrətli həkim sayılan Razi (864- 925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır.
Fateh Sultan Mehmetin tərbiyəçisi və müəllimi Ağşəmsəddin (1389-1459) mikrobu kəşf etmişdir (bəzi tədqiqatçılar mikrobun kəşvini İbn Sinanın adı ilə bağlayırlar).
Vərəm mikrobunu Kambur Vesim (vəf. 1761) tapmışdır.
İbn əl-Heysəm (965-1040), optika sahəsindəki işləri ilə tanınmışdır və “optikanın atası” olaraq qəbul edilir. Onun təcrübələri və nəzəriyyələri, yalnız göz və işıqla bağlı anlayışları inkişaf etdirməklə qalmamış, həm də ümumilikdə tibb elminin inkişafına böyük təsir göstərmişdir.
Optika və Görmə: İbn əl-Heysam, işığın əks olunma və qırılma prinsiplərini izah etdi və gözdə işığın necə qəbul edildiyini açıqladı. Bu, görmə və göz xəstəliklərinin başa düşülməsində mühüm irəliləyiş idi.
Anatomiya və Göz Tədqiqatları: O, gözün anatomiyasını və görmə prosesini dərindən araşdırmış, optik cəhətdən düzgün bir nəzəriyyə irəli sürmüşdür. İbn əl-Heysamın bu sahədəki işləri, müasir oftalmologiyanın inkişafına təsir göstərmişdir.
İbrahim Cəssar (vəf. 1009) 1000 il bundan əvvəl cüzam xəstəliyinin yaranma səbəblərini və müalicəsini göstərmiş, vəbanın yoluxucu xəstəlik olması barədə ilk dəfə elmi yolla İbn Xətib (1313-1374) fikir yürütmüşdür.
Gözəl bağlı tədqiqatları ilə müsəlman həkimlər əsrlər boyunca elm dünyasının öndəri olmuşlar. Gözdəki retina təbəqəsinin funksiyası barədə ilk dəfə məlumat verən şəxs İbn Rüşd (1126-1198) olmuşdur. X1 əsrdə yaşamış məşhur göz həkimi Əli ibn İsanın yazdığı “Təzkirə” əsəri yüzillər boyunca yeganə məlumat mənbəyi sayılmışdır.
Əmmar adlı müsəlman alimi isə 9 əsr bundan əvvəl özünəməxsus üsulla göz üzərində cərrahiyyə əməliyyatı aparmışdır.
Əli bin Abbas (vəf. 994) müasir cərrahi əməliyyatlara uyğun tərzdə xərçəng əməliyyatını həyata keçirmiş, onun qələmə aldığı “Kitabül-Məliki” adlı tibb ensiklopediyası günümüz üçün də öz aktuallığını qoruyub saxlamışdır.
Kiçik qan dövranını Avropa alimlərindən təqribən 300 il əvvəl İbnnün-Nəfis (1210-1288) kəşf etmiş, İbn Sinanın “Qanun” kitabına yazdığı şərhdə bu məsələnin incəliklərini göstərmişdir.
Müsəlman Şərqində bu səviyyədə elmi işlər aparıldığı zaman Avropada həkim sehrbaz, xəstəxananı isə şeytan yuvası hesab edir, cərrahi əməliyyat aparmaq istəyən həkimləri təqibə məruz qoyurdular. İlk xəstəxana 707-ci ildə Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik zamanında təşkil olunmuşdur. Həmin xəstəxananın bütün xərcləri dövlət tərəfindən ödənilirdi. Qaçmamaları üçün cüzamlı xəstələrin həbs edilmələri əmr edilmiş, onlara və korlara ərzaq təsis olunmuşdu.
Al-Kindi (801-873), həmçinin təbiət elmləri və farmakologiya sahəsindəki əhəmiyyətli işləri ilə tanınır. O, müxtəlif dərman bitkilərinin və təbii maddələrin müalicəvi xüsusiyyətlərini təhlil etmişdir.
Farmakologiya və Bitki Tibbı: Al-Kindi, dərman bitkiləri və onların müalicəvi xüsusiyyətləri ilə bağlı nəzəriyyələr irəli sürmüşdür. Onun təcrübələri müasir farmakologiyanın təməl prinsiplərinə təsir göstərmişdir.
İbn Rüşd (1126-1198), İslam dünyasında fəlsəfə, hüquq və tibb sahələrində tanınmış bir alimdi. O, həmçinin İbn Sinanın əsərlərini şərh etmiş və tibb sahəsində yeni düşüncə tərzləri təklif etmişdir.
Təbabət və Fiziki Sağlamlıq: İbn Rüşd, tibb və fiziki sağlamlıq məsələlərini müzakirə edərkən, təbiət hadisələri və insan bədəni arasındakı əlaqələri öyrənmişdir.
Psixoloji Yanaşmalar: O, həmçinin insanın psixoloji vəziyyəti və fiziki sağlamlıq arasındakı əlaqəyə diqqət çəkmişdir.
Bu alimlərin əsərləri yalnız İslam dünyasında deyil, həm də Avropa və digər mədəniyyətlərdə dərindən öyrənilmiş və tibbin gələcək inkişafına mühüm təsir göstərmişdir.
mənbə: az.shafaqna.com