Güclü qar səbəbindən magistral yollarda məhdudiyyətlər tətbiq edilib

Güclü qar yağması ilə əlaqədar Andezit-Qado və Uşquli-Lasdil hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib.
Mestia-Uşquli, Nakerala aşırımında və Qomi-Savane hissəsində isə qoşqu və yarımqoşquların hərəkət qadağan edilib.
Bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.
"Güclü qar yağması ilə əlaqədar Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun daxili respublika əhəmiyyətli hissəsində, km 31-km 63-də (Andesite-Qado) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Qalan hissələrdə avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Milli avtomobil yolunun Zuqdidi-Cvari-Mestiya-Lasdil km185-km192 (Uşquli-Lasdil) hissəsində qarla əlaqədar bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. (Mestiya-Uşquli) yolunun 141-184 km hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Avtomobil yolunun km1-km140 (Zuqdidi-Mestia) hissəsində avtomobillərin hərəkəti sərbəstdir.
Qar səbəbindən Kutaisi (Mozameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun daxili dövlət əhəmiyyətli hissəsində, km 39-km 62 (Nakerala aşırımı), Saçxere (Sareki)-Uzunta-Sxmeri-Zudali yolunda və Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunun km 1-km 52 (Qomi-Savane) hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Digər hissələrinin hərəkəti isə sərbəstdir”, - məlumatda deyilir.
mənbə: interpess