Bu tarixdən ölkədə hava şəraiti dəyişəcək

Noyabrın 6-dan Gürcüstanda hava şəraiti yaxşılaşacaq, yağıntılar dayanacaq, külək səngiyəcək.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, gecə və səhər havanın temperaturunun enəcəyi, gündüz isə temperaturun nisbətən yüksələcəyi gözlənilir: Qərbi Gürcüstanın düzənliklərində +12, +17, +10 dərəcəyədək yüksələcək. Şərqi Gürcüstanın düzənliklərində isə +15 dərəcə təşkil edəcək.
“Tbilisidə yağmursuz hava olacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava yağmursuz keçəcək. Gün ərzində +11, +16 dərəcə isti olacaq.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): hava yağmursuz keçəcək. Gecələr havanın temperaturu 0,5 dərəcəyədək enəcək, gündüz 12,17 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): hava yağmursuz keçəcək. Gecələr havanın temperaturu 1, 6 dərəcə aşağı enəcək, gündüz 7, 12 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava yağmursuz keçəcək. Gecələr havanın temperaturu 11, 16 dərəcə aşağı enəcək, gündüz 2, 7 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava yağmursuz keçəcək. Şida Kartlidə havanın temperaturu gecə -2, -4 dərəcəyə enəcək, gündüz +9, +14 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): hava yağmursuz keçəcək. Gecələr 0, -2 dərəcəyədək enəcək, gündüz +10, +15 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): hava yağmursuz keçəcək. Gecələr havanın temperaturu 5, 10 dərəcə aşağı enəcək, gündüz 4, 9 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava yağmursuz keçəcək. Gecələr havanın temperaturu -12, -17 dərəcə aşağı enəcək, gündüz 0, +5 dərəcə təşkil edəcək”, - məlumatda deyilir.
mənbə: interpress