İsrail 2 gündə 50-dən çox uşağı qətlə yetirib

Nov 5, 2024 - 14:01
 0  9
İsrail 2 gündə 50-dən çox uşağı qətlə yetirib

İsrail Qəzza sektorunun şimalında 2 gündə 50-dən çox uşağı qətlə yetirib.

Xeber.ge  xəbər verir ki, bu barədə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.

Qəzza sektoru hökumətinin məlumatına görə isə, İsrail təkcə oktyabr ayı ərzində 1,8 mindən çox günahsız qəzzalını qətlə yetirib, 4 min nəfəri yaralayıb, yüzlərlə insan isə itkin düşüb.

Hazırda Qəzza sektorunun şimal rayonlarında 100 mindən çoxu uşaq olmaqla təxminən 400 mindən çox insan aclıq təhlükəsi ilə üzləşib.

Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri 43 374 günahsız Qəzza sakinini amansızcasına qətlə yetirib (ən azı 17 min uşaq, 11 min qadın). Həmçinin təxminən 10 min nəfər isə itkin düşüb. Təxminən 20 min uşaq yetim qalıb.