Batumidə irimiqyaslı əməliyyat: Tanınmış qardaşlar saxlanıldı
Gürcüstanın Acarıstan bölgəsində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı xüsusi əməliyyat keçirilib.
Xeber.ge xəbər verir ki,
Hadisə Batumi şəhərinin Abuseridze küçəsində baş verib. Saxlanılan şəxslərdən Rezo Tsulukidzenin həyat yoldaşı Nari Putkaradze "Batumelebi" nəşrinə verdiyi açıqlamada bildirib ki, əməliyyat zamanı ərazi yüzlərlə xüsusi təyinatlı tərəfindən mühasirəyə alınıb.
Yaxınlarının sözlərinə görə, qardaşlar "kriminal aləmlə əlaqə" (oğru dünyası) ittihamı ilə saxlanılıblar. Lakin Nari Putkaradze bu ittihamları əsassız adlandırıb:
"Bu, absurddur. Rezo və Firuz əksinə, həmin aləmlə mübarizə aparan insanlardır. Onları heç bir əsas olmadan, xüsusi təyinatlıların iştirakı ilə həbs etdilər".
Hökumətə yaxın media qurumlarının yaydığı məlumata görə, əməliyyatda Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yüzlərlə əməkdaşı iştirak edib. Qeyd olunur ki, təkcə Batumidə deyil, bölgənin digər nöqtələrində də saxlanılanlar var.
Gürcüstanın rəsmi hüquq-mühafizə orqanları əməliyyatın nəticələri və saxlanılan şəxslərin dəqiq sayı barədə hələlik rəsmi bəyanat yaymayıblar.