“Gürcü Arzusu” Tbilisidə hökumət şəhərinin tikintisini planlaşdırır

"Gürcü Arzusu" Tbilisidə hökumət şəhəri inşa etməyi planlaşdırır.
4 avqust tarixində "Gürcü Arzusu"nun baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb. Sərəncama əsasən, Bələdiyyə İnkişaf Fondu hökumət şəhərinin tikintisi üçün lazım olan ətraflı layihə-smeta sənədlərinin (o cümlədən, şəhərsalma sənədlərinin) hazırlanmasına dair xidmətin satın alınmasını təmin etməlidir.
Hökumət şəhərinin inşası ideyası ilk dəfə 2017-ci ildə "Gürcü Arzusu" hakimiyyəti tərəfindən səsləndirilmişdi. O vaxtkı baş nazir Qiorqi Kvirikaşvili bildirmişdi ki, bu şəhər Ortaçala rayonunda salınacaq və orada demək olar ki, bütün nazirliklər (vahid istisnalardan başqa) bir yerə toplanacaq.
Hazırda Ortaçalada artıq Maliyyə, Ədliyyə və Daxili İşlər nazirlikləri, eləcə də bir sıra digər dövlət qurumları yerləşir. Həmçinin burada “Gürcü Arzusu”nun yeni mərkəzi qərargahı da fəaliyyət göstərir.
mənbə: marneulifm