Gürcüstanda qəhvə istehsalında noxuddan istifadə edən şirkət cərimələnib
Gürcüstanın Milli Qida Agentliyi qəhvə istehsalı ilə məşğul olan "Trader" MMC-də keçirdiyi plandankənar yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edib.
Xeber.ge xəbər verir ki,
Araşdırma zamanı məlum olub ki, sözügedən məhsulların istehsalında xammal kimi qəhvə dənələri ilə yanaşı, qovrulmuş noxuddan da istifadə olunub.
Məlumata görə, saxta qəhvə məhsulları kiçik ticarət obyektlərində satışa çıxarılıb.
"Yoxlama prosesində kritik uyğunsuzluqlar, o cümlədən etiketlənmə və izlənilmə qaydalarının pozulması halları müəyyən edilib.
Aşkar olunmuş pozuntularla əlaqədar biznes operatoru cərimələnib, nöqsanlar tam aradan qaldırılana qədər müəssisənin istehsal fəaliyyəti dayandırılıb", - deyə agentliyin bəyanatında vurğulanır.