Prokurorluq Zuqdididə baş verən ağır cinayətlə bağlı məlumat yaydı

Sep 15, 2026 - 15:55
 0  8
Prokurorluq Zuqdididə baş verən ağır cinayətlə bağlı məlumat yaydı

Gürcüstan Prokurorluğu Zuqdidinin İngir kəndində qəsdən adam öldürməyə cəhd faktı ilə bir şəxsə qiyabi olaraq ittiham irəli sürüb.

XEBER.GE xeber  verir ki, idarənin məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin keçirdiyi istintaqla müəyyən edilib ki, cari il sentyabrın 13-də Zuqdidi bələdiyyəsinin İngir kəndində təqsirləndirilən şəxs soyuq silah tətbiq edərək zərərçəkmişə xəsarət yetirib, nəticədə o, həyatı üçün təhlükəli olan ağır xəsarətlər alıb.

Təqsirləndirilən şəxsə qiyabi olaraq Gürcüstan Cinayət Məcəlləsinin 19, 108-ci maddəsi (قəsdən adam öldürməyə cəhd) ilə ittiham irəli sürüb ki, bu da cəza qismində 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.

Zuqdidi bələdiyyəsinin İngir kəndində baş vermiş qanlı qarşıdurma ilə bağlı "TV Pirveli" telekanalına yeni təfərrüatlar məlum olur.

Məlum olur ki, 24 yaşlı Mate Berişvili yaralanıb, onun sinə nahiyəsində bir neçə bıçaq yarası var.

"TV Pirveli"yə təqdim edilən məlumata görə, qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs müvəqqəti işğal olunmuş Abxaziyada yaşayan şəxsdir.