Telavida 17 yaşlı yeniyetmə bıçaqlanıb

Jul 11, 2026 - 16:24
 0  13
Telavida 17 yaşlı yeniyetmə bıçaqlanıb
: :
playing

Telavida 17 yaşlı azyaşlı bıçaqlanıb — hadisə gecə gec saatlarda Alazani prospektində baş verib.

XEBER.GE xeber  verir ki, məlumatı “Kaxetidən əsas xəbərlər” yayır.

Yeniyetməyə soyuq silahla boyun nahiyəsində xəsarət yetirilib.

Mövcud məlumata görə, münaqişə yaşayış binasının birindən başlayıb, orada gənclər olub.

KİV-in yazdığına görə, qarşıdurmaya binanın sakinlərindən birinin gənclərə irad bildirməsi səbəb olub, bundan sonra sözlü mübahisə, sonra isə fiziki qarşıdurma yaranıb. İnsident zamanı isə şəxslərdən biri digərini soyuq silahla bıçaqlayıb.

17 yaşlı azyaşlı Telavi Referal Xəstəxanasına aparılıb, orada ona müvafiq tibbi yardım göstərilib.

Hadisə ilə bağlı istintaq başlanıb.