Brüssel Gürcüstanla dialoq əvəzinə boykota üstünlük verir
"Brüssel Gürcüstanla dialoq əvəzinə boykota üstünlük verir və bu da Avropa dəyərlərinə kökündən ziddir".
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr Gürcüstanla Aİ arasında dialoqda maraqlıdırlar.
"Təəssüflər olsun ki, hazırda Brüssel Gürcüstanla Avropa İttifaqı üzvləri arasındakı münasibətlərdə maneə rolunda çıxış edir. Gürcüstan üçün üzv ölkələrlə əlaqələr saxlamaq vacibdir, belə ki, qarşıdurma Avropa yolu deyil. Brüssel bürokratiyası təəssüf məhz bu qeyri-Avropa yolunu seçib. Brüsselin qarşıdurmadan imtina edib Avropa yoluna dönməsinin zamanı yetişib", - deyə Şalva Papuaşvili əlavə edib.
Qeyd edək ki, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün bildirib ki, Gürcüstan hakimiyyəti Avropa dəyərləri istiqamətində irəliləmədikcə Brüssel onlarla əməkdaşlıq etməyəcək.
mənbə: apa