Gürcüstanda məktəb ekskursiyasında qəza: 6 yaralı

Oct 12, 2026 - 12:31
 0  16
Gürcüstanda məktəb ekskursiyasında qəza: 6 yaralı

Gürcüstanda məktəb ekskursiyası zamanı qəza baş verib: 6 nəfər xəsarət alıb

XEBER.GE xeber  verir ki, Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda məktəbliləri ekskursiyaya aparan avtobus yoldan çıxıb. Qəza nəticəsində 6 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.

Hadisə Kaspi şəhərindən ekskursiyaya gedən məktəbliləri daşıyan avtobusun Qverdcinети–Tkemlovana yolunun bir hissəsində hərəkəti zamanı baş verib.

Kareli xəstəxanasından verilən məlumata görə, xəsarət alanların bir qismi xəstəxanadan evə buraxılıb, iki nəfərin müalicəsi isə davam edir.

Qəzanın Bateti gölünə gedən yolun döngəsindən təxminən 500 metr əvvəl baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair maddəsi üzrə araşdırma aparılır.