Zurabişvili məktəbliləri aksiyalara getməyə çağırmadığını açıqlayıb
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, məktəb şagirdlərini hökumət əleyhinə mitinqlərə çıxmağa çağırmayıb.
Dövlət başçısı bu barədə Gürcüstanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Hər hansı çağırış olmayıb. İndi kimsə fikirləşsə ki, mən uşaq anası, nənə olaraq məktəbliləri çıxıb etiraza səsləyə bilərəm - bu doğru deyil”, - Zurabişvili qeyd edib.
mənbə: apa