Kutaisidə qadına qarşı maskalı quldurlar hücum edib

Jul 11, 2026 - 16:45
 0  8
Kutaisidə qadına qarşı maskalı quldurlar hücum edib
: :
playing

Kutaisidə maskalı şəxslər qadına qarşı quldurluq məqsədilə hücum ediblər.

XEBER.GE xeber  verir ki, bu barədə “Info İmereti” məlumat yayıb.

Nəşrin məlumatına görə, hücum nəticəsində qadında döyülmə izləri və bədənində xəsarətlər aşkarlanıb. O, klinikaya aparılıb.

  Məlumata görə, naməlum şəxslər qadından pul və bahalı əşyalar tələb ediblər, lakin zərərçəkən onlara müqavimət göstərib və hücumçular heç nə ələ keçirə bilməyiblər.

  Daxili İşlər Nazirliyində hadisəni təsdiqləyiblər — cinayətkarların hələlik saxlanılması mümkün olmayıb. İstintaq 179-cu maddə ilə başlanıb ki, bu da quldurluğu nəzərdə tutur.

.