Tbilisidə marşrut mikroavtobusu ilə minik maşını toqquşdu

Jul 9, 2026 - 12:04
 0  19
Tbilisidə marşrut mikroavtobusu ilə minik maşını toqquşdu

Tbilisinin Qldani rayonunda marşrut mikroavtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yayılan məlumatlara görə, sərnişin daşıyan mikroavtobus və minik avtomobili yüksək sürətlə bir-birinə çırpılıb.

XEBER.GE  xəbər verir ki, qəzanın əks olunduğu fotoşəkillər qısa müddətdə sosial şəbəkələrdə paylaşılıb və böyük müzakirələrə səbəb olub.

"PrimeTime" agentliyinin əldə etdiyi məlumata görə, güclü toqquşma nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, qəzanın dəqiq səbəbləri və təfərrüatları araşdırılır.