Gürcüstanda borc böhranı: 370 mindən çox vətəndaş "qara siyahı"dadır
Gürcüstanda əhalinin kredit asılılığı və maliyyə öhdəlikləri ilə bağlı vəziyyət kritik həddə çatıb. Rəsmi statistik məlumatlar ölkə əhalisinin böyük bir hissəsinin bank və mikromaliyyə təşkilatlarına borclu olduğunu göstərir.
Xeber.ge xəbər verir ki,
Rəsmi rəqəmlərə əsasən, ölkə əhalisinin demək olar ki, yarısının banklar qarşısında borc öhdəliyi var. Təxminən 2 milyon borcalan arasında 370 mindən çox vətəndaş kreditlərini vaxtında ödəyə bilmədiyi üçün "qara siyahı"ya düşüb.
Ən ağır durumda olan təbəqə isə pensiyaçılardır. Onların yeganə gəlir mənbəyi olan dövlət pensiyası çox vaxt bank faizlərinin ödənilməsinə gedir. Nəticədə ahıl insanların əlində nə dərman preparatları, nə də gündəlik qida ehtiyaclarını qarşılamaq üçün vəsait qalır.
"Gürcü Arzusu" hökumətinin aktiv şəkildə təbliğ etdiyi iqtisadi artım göstəricilərinə baxmayaraq, ekspertlər bu inkişafın geniş xalq kütlələrinin cibinə təsir etmədiyini bildirirlər. İqtisadçıların qiymətləndirməsinə görə, ölkədə iqtisadi tərəqqinin faydaları ədalətli paylanmır və əhalinin böyük bir hissəsi sağ qalmaq üçün kreditlərdən asılı vəziyyətə düşüb.
Mövzu ilə bağlı daha ətraflı məlumat jurnalist Liza Lasareişvilinin xüsusi reportajında təqdim olunur.