Tbilisidə yanğın: Bir nəfər ağır xəsarət alıb

Mar 10, 2026 - 10:16
 0  11
Tbilisidə yanğın: Bir nəfər ağır xəsarət alıb

Tbilisi şəhərinin Vazisubani yaşayış massivində güclü yanğın hadisəsi baş verib.

 Xeber.ge xəbər verir ki, ötən gecə qeydə alınan yanğın qarajlardan birində başlayıb.

hadisə nəticəsində qarajın daxilində olan minik avtomobili tamamilə yanaraq istifadəyə yararsız hala düşüb.

Bir nəfər ağır yanıq xəsarətləri alıb.

 Yaralı ağır yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti həkimlər tərəfindən ağır olaraq qiymətləndirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.