Marneulidə toyöncəsi məclisdə qanlı dava

Jun 15, 2026 - 14:00
 0  38
Marneulidə toyöncəsi məclisdə qanlı dava

Marneulidə baş verən qarşıdurma zamanı iki kişi bıçaqlanaraq xəsarət alıb.

XEBER.GE xəbər verir ki, bu barədə məlumatı yerli "MarneuliNews.ge" portalı yayıb. Nəşrin bildirdiyinə görə, hadisə iyunun 13-də, axşam saatlarında baş verib.

"MarneuliNews.ge"nin əldə etdiyi məlumata əsasən, toyda bir gün əvvəl təşkil olunan şənlik məclisində musiqi sifarişi üstündə tərəflər arasında mübahisə yaranıb. Daha sonra şifahi münaqişə qanlı insidentlə nəticələnib.

Orta yaşlı iki kişi bıçaqla bir-birinə xəsarət yetirib.

Məlum olub ki, yaralılardan birinin vəziyyəti ağır, digərininki isə sabitdir.