Tbilisidə avtomobil qaçıran şəxs saxlanılıb

Mar 10, 2026 - 11:03
 0  8
Tbilisidə avtomobil qaçıran şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən oğurluq faktı üzrə əməliyyat keçirilib.

Xeber.ge xəbər verir ki, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü A.V. paytaxtda saxlanılıb.

DİN-in rəsmi məlumatında bildirilir ki, istintaqla saxlanılan şəxsin Tbilisidə özgə əmlakını qanunsuz mənimsəmək məqsədilə gizli şəkildə avtomobil qaçırdığı və hadisə yerindən uzaqlaşdığı müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxs qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi başlanılıb.

Törədilən cinayət əməlinə görə saxlanılan şəxsi 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.