Tbilisidə şartava küçəsində gənc oğlan qətlə yetirilib

May 8, 2026 - 15:58
 0  21
Tbilisidə şartava küçəsində gənc oğlan qətlə yetirilib

Tbilisidə silahlı insident nəticəsində bir nəfər həyatını itirib.

Hadisə bir qədər əvvəl şəhərin mərkəzi hissəsində,

Şartava küçəsində baş verib.

 Xeber.ge xəbər verir ki, cinayət nəticəsində gənc oğlan qətlə yetirilib.

Hadisənin qanlı hesablaşma olduğu ehtimal edilir.

Hazırda hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb olunub.

Cinayətin baş verdiyi perimetr sarı lentlərlə əhatəyə alınıb, giriş-çıxış məhdudlaşdırılıb.

Ekspert-kriminalistlər ərazidə maddi sübutların toplanması istiqamətində iş aparırlar.

Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə istintaq başladılıb.

 Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması üçün intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.