Arvadını və qayınanasını qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib
Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, təqsirləndirilən şəxsi iki nəfərin qətlində təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.
Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, məhkəmə prosesi zamanı tədqiq edilən sübutlar sübut edib ki, müttəhim 2024-cü il mayın 22-də Rustavidə körpəsi ilə küçədə gəzən həyat yoldaşı və qayınanasını bir ov tüfəngi ilə bir neçə dəfə güllələyib. Nəticədə onlar ürək və döş qəfəsindən ağır xəsarətlər alıblar. Onların hər ikisi yerindəcə keçinib.
“Araşdırılan sübutlarla həmçinin sübuta yetirilib ki, təqsirləndirilən şəxs 2023-cü ilin aprelindən 22 may 2024-cü il tarixinədək olan müddətdə cinsiyyət və ayrı-seçkilik zəminində həyat yoldaşını sistematik şəkildə alçaldıb,onu təqib edərək psixoloji və fiziki zorakılığa məruz qoyub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi 2024-cü il mayın 22-də həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima, 109-cu maddəsinin “B”, “T”, “K” və “L” bəndləri (Ailə üzvlərinin ikisini qəsdən öldürmə, başqalarının həyat və sağlamlığına qəsdən təhlükə törətmə) və və 126-cı maddənin birinci hissəsi (sistemli psixoloji və fiziki zorakılıq) ilə ittiham olunub.
Məhkəmə təqsirləndirilən şəxsi ittiham üzrə tam təqsirli bilib və cəzanın forma və tədbiri kimi ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib", - məlumatda deyilir.
mənbə: interpress