İslam Nəzərində – tərəzidə aldatmaq…

Nov 20, 2024 - 13:50
 0  6
İslam Nəzərində – tərəzidə aldatmaq…

 “İslam Nəzərində tərəzidə aldatmaq” adlı məqaləni təqdim edir:

Ölçüdə və çəkidə əskiklik, müştərini və şəriki malın qədərində aldatma Quran ayələri və Əhli-beyt (ə) hədislərinə görə haram və böyük günahdır. Qurani kərimin 114 surəsindən biri olan “Mutəffifin” surəsi bu mövzuya həsr olunmuşdur. Bu surədə oxuyuruq: “Vay halına çəkidə və ölçüdə aldadanların; O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar; xalq üçün bir şey ölçdükdə və çəkdikdə isə onu əskildərlər; məgər onlar diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə! O gün bütün insanlar aləmlərin Rəbbi olan Allahın hüzurunda duracaqlar! Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri siccindədir!”
Allahın Rəsulu (s) buyurur: “Hər kəs peymanə və çəkidə xəyanət edərsə qiyamət günü onu cəhənnəmin dibinə gətirər və iki yanar dağ arasında yerləşdirərlər. Ona deyilər ki, bu dağları çək. O da daim bu işə məşğul olar».
Uyğun ayələrin təfsirində İslam Peyğəmbəri (s.ə.v.v) buyurur: «Beş şey beş şeylə yanaşıdır: qövmlər əhd-peymanı pozdular və Allah-Taala düşmənləri onlara qalib etdi, zina kimi çirkin günaha batdılar və ölüm onların sorağına gəldi, Allah – hökmünün ziddinə hökm verdilər və fəqirliyə tuş gəldilər, zəkat ödəmədilər və yağışdan məhrum oldular, ölçüdə və çəkidə aldatdılar və quraqlığa məhkum edildilər».
«Əllahumməğfirliyəz-zunubəl-ləti tuğəyyirun-niəm»
(«Pərvərdigara, nemətləri dəyişən günahlarımı bağışla»).
Nemət dəyişən günahlar İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə bunlardır: xalqa zülm, xeyir iş ruhunu itirmək, xeyir işlərdən kənarlaşmaq, nemətlərə küfr etmək (naşükürlük), şükür etməkdən uzaqlaşmaq.
Bu günahlar insanı nemətlərdən məhrum edib əvəzində bəla, müsibət və əzaba salır.

mənbə:az.shafaqna.com