Tbilisidə marketə basqın İki şəxs cinayət başında saxlanıldı-VİDEO

Jul 24, 2026 - 14:02
 0  18

Tbilisidə qrup halında oğurluğa cəhd edən iki şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, əməliyyat Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

 XEBER.GE xəbər verir ki, polis əməkdaşları cinayətkarları hadisə yerindəcə ələ keçiriblər.

Aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər öncədən əlbir olaraq, qrup halında Tbilisidə yerləşən ərzaq mağazalarından birinə qanunsuz daxil olublar.

Onlar mağazadakı məhsulları oğurlayaraq aradan çıxmağa cəhd etsələr də, cinayət niyyətlərini başa çatdıra bilməyiblər. Polis hər iki şəxsi elə hadisə yerindəcə saxlayıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-177-ci maddəsinin 2-ci və 3-cü hissələri (Qrup halında, qanunsuz daxil olmaqla oğurluğa cəhd) ilə aparılır.

Bu maddə qanunvericiliyə əsasən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.