ABŞ-da sığınacaq üçün 500 saxta sənəd hazırlayan qadın saxlanıldı

Jul 14, 2026 - 19:05
 0  12
ABŞ-da sığınacaq üçün 500 saxta sənəd hazırlayan qadın saxlanıldı
: :
playing

Gürcüstan vətəndaşlarının ABŞ-a getməsi üçün saxta sənədlər hazırlayan qrupla bağlı aparılan araşdırmalarda yeni təfərrüat bəlli olub.

"TVPirveli" telekanalının əldə etdiyi məlumata görə, saxta sənəd hazırlamaqda ittiham olunaraq saxlanılan qadının şəxsiyyəti müəyyənləşdirilib — həmin şəxs Natia Dznelaşvilidir.

XEBER.GE xəbər verir ki, Baş Prokurorluq və vəkil məsələ ilə bağlı ilkin açıqlamalarını veriblər.

Prokurorluğun yaydığı məlumata görə, saxlanılan Natia Dznelaşvili törətdiyi cinayəti qismən etiraf edir.

Hüquq-mühafizə orqanları tərəfindən onun yaşayış evində keçirilən axtarış zamanı cinayət faktını sübut edən mühüm dəlillər aşkarlanıb:

Sənədlərin hazırlanmasında istifadə olunan kompüter texnikası;

Saxtalaşdırıldığı ehtimal edilən 500-ə yaxın hazır sənəd maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxsin vəkili isə mətbuata açıqlamasında hələlik cinayət işinin materialları ilə tam tanış olmadığını, bu səbəbdən geniş şərh verə bilməyəcəyini qeyd edib.

Gürcüstan Baş Prokurorluğu ABŞ-da sığınacaq almaq istəyən şəxslər üçün saxta sənədlər və uydurma "təqib olunma hekayələri" hazırlayan yeni cinayətkar qrupun fəaliyyətini ifşa edib. Son əməliyyat çərçivəsində daha 4 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb:

Xatırladaq ki, bundan əvvəl də analoji saxtakarlıq şəbəkəsinə qarşı keçirilən əməliyyatda prokurorluq 3 nəfəri həbs etmiş, digər 6 nəfər barəsində isə cinayət təqibi başlatmışdı. İstintaq qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirir.