Marneulidə arvadını bıçaqlayan şəxsə ağır ittiham
Marneuli bələdiyyəsində həyat yoldaşına bıçaqla xəsarət yetirən və azyaşlının gözü qarşısında anasına qarşı zorakılıq edən şəxsə rəsmi ittiham irəli sürülüb.
Bu barədə məlumatı Gürcüstan Bosh Prokurorluğu yayıb.
XEBER.GE xəbər verir ki, Daxili İşlər Nazirliyində aparılan istintaq çərçivəsində dəhşətli hadisənin təfərrüatları müəyyən olunub.
Prokurorluğun rəsmi bəyanatına əsasən, 22 iyul tarixində Marneuli bələdiyyəsində təqsirləndirilən şəxs həyat yoldaşına bıçaqla xəsarətlər yetirib.
Eyni zamanda o, azyaşlı övladının gözü qarşısında öz anasına qarşı da zorakılıq edərək onun sağlamlığına xəsarət vurub.
Hüquq-mühafizə orqanları tərəfindən həmin şəxs elə hadisə baş verən gün saxlanılıb.
Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı ağır maddələri üzrə rəsmi ittiham elan edilib:
126-cı prima maddəsinin 2-ci hissəsinin "b" bəndi: Azyaşlının gözü qarşısında ailə üzvünə qarşı məişət zorakılığı;
11-ci prima 120-ci maddənin 2-ci hissəsi: Ailə üzvünün sağlamlığına qəsdən yüngül xəsarət yetirmə;
11-ci prima 19-109-cu maddənin "t" və "k" bəndləri: Ailə üzvünə qarşı və qadın-kişi bərabərsizliyinə/qərəzinə əsaslanaraq ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd.
Bu maddələr üzrə təqsirləndirilən şəxsi 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Prokurorluq qanunla belirlənmiş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.